Şahmat üzrə dünya çempionatı başa çatdı

Şahmat üzrə dünya çempionatı başa çatdı
  28 Sentyabr 2013    Oxunub:1853
Türkiyənin Kocaeli şəhərində 20 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı keçirilib.
AzVision.az xəbər verir ki, çempionatda 40-dan çox ölkədən 293 zəka sahibi qələbə uğurunda mübarizə aparmışdır. Ölkəmizi bu çempionatda 20 yaşadək Azərbaycan çempionları Murad Nuri və Səbinə İbrahimova təmsil edib.

Sonuncu turda Murad Nuri Ekvador şahmatçısı Kristian Rivadeneira Barrosa qalib gələrək 7 xalla 40-cı, Səbinə İbrahimova isə Gürcüstan şahmatçısı Ana Kucavaya məğlub olaraq 6,5 xalla 36-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, 20 yaşadək oğlanlar arasında dünya çempionu adını Çin şahmatçısı Yu Yangı (11 xal), qızlar arasında isə Rusiya şahmatçısı Aleksandra Goryackina (10.5 xal) qazanıb.
Çempionat 13 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilib.


Teqlər:





Xəbər lenti