Partlayışda yaralanan şəxs dünyasını dəyişdi - (VİDEO)
“Vəziyyəti olduqca ağır idi. Mərkəzə gətiriləndə bədənin 90 faizi yanmışdı. Lazım olan bütün tibbi yardımı etdik, təəssüf ki, axşam saat 20:05 radələrində dünyasını dəyişdi”.
Qeyd edək ki, yanvarın 27-də Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
AzVision.az
Teqlər: Yanıq-Mərkəzi Partlayış Xəstə