Ramin Quluzadə vətəndaşları qəbul edəcək

Ramin Quluzadə vətəndaşları qəbul edəcək
  23 Yanvar 2018    Oxunub:5003
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xırdalan şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorundan AzVision.az-a verilən məlumata görə, qəbul 26 yanvar saat 11:30-da keçiriləcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur.

Abşeron rayonunda 012 3423300
Sumqayıt şəhərində 018 6423500
Qubadlı rayonu üzrə 018 6483393
Şuşa rayonu üzrə 012 4584686
Zəngilan rayonu üzrə 012 4326166

AzVision.az


Teqlər: Ramin-Quluzadə  





Xəbər lenti