Zidan “Qalatasaray”a gəlir

Zidan “Qalatasaray”a gəlir
  27 Sentyabr 2013    Oxunub:1407
Fatih Terimin komandadan ayrılmasından sonra adı bir çox məşhur baş məşqçilərlə ilə hallanan “Qalasaray”ı Zinəddin Zidanın çalışdıracağı deyilir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər komandanın yeni baş məşqçisinin kim olacağı ölkə gündəminin əsas mövzularından biridir. Terimin gedişindən sonra mətbuatda Mancini, Di Matteo, Dik Advokaat kimi təcrübəli məşqçilərin adı çəkilsə də “Real Madrid”in əfsanəvi futbolçusu Zidanın bu posta daha iddialı olduğu deyilir.

Kluba yaxın mnbələrdən verilən məlumata görə, daha öncə Madrid “Real”ının məşqçilər heyətində yer alan Zidan sarı-qırmızılı komandanın baş məşqçisi olacaq. Zidanın təklifə müsbət yanaşdığı da deyilir.


Teqlər:  





Xəbər lenti