4 nəfərə səhvən 262 manat artıq maaş verilib

4 nəfərə səhvən 262 manat artıq maaş verilib
  20 Yanvar 2018    Oxunub:2265
2017-ci ildə həyata keçirilmiş audit tədbirləri 9854,2 min manat məbləğində vəsaiti əhatə edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində keçirilən iclasda deyilib.

Bildirilib ki, nəzarət tədbirlərinin əhatə etdiyi büdcə vəsaitlərinin 34,3 faizi mərkəzi icra hakimiyyəti orqanları və onların tabeli qurumları, 11,4 faizisəhiyyə müəssisəsi, 13,8 faizi təhsil müəssisəsi, 40,5 faizi digər qurumlar tərəfindən icra olunub. İdarə tərəfindən aparılan audit tədbirləri ilə 2 təşkilatda tarif səhvi nəticəsində 4 nəfərə 262,65 manat artıq əməkhaqqının, 1 təşkilatda isə 2 nəfərə 234 manat ezamiyyə xərcinin artıq ödənildiyi aşkar edilib. Bir təşkilatda isə 1 nəfərin əməkhaqqından 145,03 manat gəlir vergisi tutulmayıb.

Görülmüş tədbirlər nəticəsində artıq ödənilmiş 262,65 manat əməkhaqqı, 234 manat ezamiyyə xərci və tutulmamış 145,03 manat gəlir vergisi tutularaq büdcəyə bərpa edilib.

AzVision.az


Teqlər: Naxçıvan   Palata  





Xəbər lenti