Fransız animasiya filmi Azərbaycan dilində - VİDEO

  15 Yanvar 2018    Oxunub : 1627
Fransız animasiya filmi Azərbaycan dilində - VİDEO
“CinemaPlus”-da 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Həşəratların sirli həyatı” Fransız animasiya filminin nümayişi baş tutub.
AzVision.az xəbər verir ki, dublyaj redaktoru Vüqar Hüseynov,rejissoru Rövşən Məmmədli, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, prodüseri Xətai Əli,direktoru Cəfər Axundzadədir.

Filmi səsləndiriblər: İslam Mehrəliyev, Elşən Rüstəmov, Nəcibə Hüseynova, Rövşən Məmmədli, Vüsal Murtuzaliyev, Nəzakət Məmmədli, Hüsniyyə Mürvətova, Vüsalə Məmmədova, Xumar Quluzadə, Müşviq Mirzəyev, Vüsal Mustafayev, Vüqar Hüseynov, Cavad Məmmədli və Səid Məmmədli.

Ailəvi komediya cizgi filminin rejissorları Arnaud Bouron və Antoon Kringsdı.
Film haqqında qısa məlumat: Həşəratların krallığında həyat çox maraqlı və əyləncəli keçirdi...Bir gün isə krallıqda hər şey tamam dəyişdi, daha əvvəlki krallıqdan əsər-əlamət qalmadı...Bəs nə baş verdi?

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: CinemaPlus