Deputatların tətili başa çatdı

Deputatların tətili başa çatdı
  15 Yanvar 2018    Oxunub:1456
Bu gün Milli Məclis (MM) deputatlarının tətili başa çatıb.
AzVision.az xəbər verir ki, 29 dekabrdan tətilə çıxan deputatlar bu gündən işə başlayırlar.

15 yanvar tarixindən etibarən parlamentin komitə iclasları keçiriləcək. Fevralın 1-də isə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası olacaq.

Yaz sessiyası mayın 31-dək davam edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Deputat   Tətil   Milli-Məclis  





Xəbər lenti