“Dəmirbank”ın ipoteka portfeli 4 banka ötürülüb

“Dəmirbank”ın ipoteka portfeli 4 banka ötürülüb
  10 Yanvar 2018    Oxunub:1823
Ləğv olunmuş "DəmirBank" ASC tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinə xidmətin həyata keçirilməsinin mümkün olmaması səbəbindən bankla bağlanmış Xidmət müqaviləsinin şərtlərinə əsasən bankda xidmət olunan ipoteka kreditləri portfeli 2017-ci il dekabrın 27-dən "Muğanbank" ASC, "Günay Bank" ASC, "Rabitəbank" ASC və "NBC Bank" ASC-yə ötürülüb.
Azərbaycan İpoteka Fondundan AzVision.az-a verilən məlumata görə, xidmət üçün ötürülən portfelin həcmi 37,2 mln.manatdır (1170 borcalan).

Hazırda portfelin ötürülməsi prosesi tam başa çatıb və qeyd olunan müvəkkil banklar tərəfindən xidmətə başlanılması ilə bağlı zəruri işlər tamamlanıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.

AzVision.az


Teqlər: Dəmirbank  





Xəbər lenti