Ermənilərin İran siyasəti faş oldu: Tehran nəticə çıxaracaqmı? – TƏHLİL
İranda cərəyan edən hadisələri Tunis, Misir, Suriya və Liviyada hakimiyyət çevrilişlərinə səbəb olan “ərəb baharı” ilə müqayisə edənlər də tapıldı. Oxşar cəhət odan ibarət idi ki, “ərəb baharı”nın ssenarisi də konkret siyasi platformalar əsasında deyil, xaotik sosial-iqtisadi tələblərdən qaynaqlanaraq başlamışdı. Zaman keçdikcə aydın olur ki, “ərəb baharı” daha çox qərbin siyasi laboratoriyalarının məhsulu idi, nəinki real və kütləvi xalq hərəkatı.
İranda baş verən hadisələrə dərhal reaksiya verən ölkələrdən biri Türkiyə idi. Türkiyə və İranın prezidentləri arasında telefon danışığı oldu, Türkiyə bunu İranın daxili işi kimi qiymətləndirərək kənar müdaxilələrin qəbuledilməz olduğunu bildirdi.
Azərbaycan da Xarici İşlər Nazirliyi səviyyəsində açıqlama verərək, hadisələrin sülh şəraitində və İranın qanunlarına uyğun olaraq cərəyan etməsinin vacibliyi vurğulandı. Bununla, Azərbaycan bir daha İranın suverenliyinə hörmətini və dəstəyini ifadə etmiş oldu. Həmçinin, Azərbaycan “digər dövlətlərin daxili işlərinə qarışmamaq, qonşu dövlətlərlə tərəfdaşlığı inkişaf etdirmək” kimi xarici siyasət məqsədlərinə yalnız sözdə deyil, əməldə də sadiq olduğunu bir daha sübut etdi.
Nəzərə almaq lazımdır ki, bu kimi tektonik şəraitlərdə qonşu dövlətlərin mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən barometr kimi qəbul olunur. Maraqlı cəhətlərdən biri odur ki, Cənubi Qafqaz regionunda İranla ən sıx münasibətlərə malik dövlət olaraq Ermənistan İrana heç bir dəstək ifadə etmədi və pusquda duran tülkü kimi hadisələri izləməkdə davam etdi. Halbuki, bu, bir reallıqdır ki, İranın dəstəyi olmasa, Ermənistan ayaqda dura bilməz.
Ermənilər yıxılana balta vurmağın və dar gündə dost əlini uzatmaq əvəzinə xəyanətin mahir ustası olduqlarını dəfələrlə sübut ediblər. XIX əsrdə Rus-İran müharibələrində arxadan İrana zərbələrin endirilməsi, rus ordusunun kəşfiyyat məlumatı ilə təmin edilməsi, I Dünya müharibəsində Osmanlıya qarşı xəyanət və sair faktları tarix heç zaman unutmaz.
Ermənilərin İrana qarşı tarixi ərazi iddiaları da heç kimi sirr deyil. Ermənilərin Tövratdan sonra ikinci ən müqəddəs kitab hesab etdikləri M.Xorenatsinin “Erməni tarixi” kitabında erməni xalqının bütün bəlalarının səbəbkarı kimi İran göstərilir. Əsasən İran ərazisində yerləşən V əsr mifik erməni dövlətçiliyinin süqutunun səbabkarı sən demə İran imiş. “Armyanskoye nagorye” (erməni yüksəklikləri) deyilən ermənisayağı bir coğrafi "termin" var ki, burada ermənilər İranın xeyli hissəsini öz tarixi əraziləri bilirlər.
İranda etiraz aksiyaları başlayanda erməni sosial şəbəkələrində və mediasında yazılanlar bir daha təsdiqlədi ki, Ermənistan Suriya və ya Liviyadakı kimi hadisələrin İranda da başlayacağını və bu hərc-mərclikdən istifadə edərək İrana qarşı ərazi iddialarını həyata keçirməyi gözləyirdi. Necə ki, SSRİ dağılan ərəfədə ermənilər Azərbaycana qarşı öz məkrli planlarının icrasına başlamışdılar.
Bu rolun əsas ifaçısı isə İrandakı erməni kilsələri ola bilərdi. Erməni kilsəsi və kilsə xadimləri məzlum obrazında “beşinci kalon” və ya “Troya atı” olaraq o tarixi məqamın yetişməsini və indi də İrana qarşı missiyalarının reallaşmasını illərdir gözləyirlər. Erməniləri Qafqazda yerləşdirən, çörək verən Rus imperiyası 1903-cü ildə erməni kilsələrində axtarış apararkən dəhşətə gəlmişdi: Kilsələr cəbhəxana funksiyasında silah anbarı rolunu oynayırdılar.
Rusiyanın İrandakı səfiri, milliyyətcə erməni olan Levan Ciqaryan Rusiya diplomatiyasının və kəşfiyyatının imkanlarından istifadə edərək, İranda erməni maraqlarını güdür. Yerevanın Ciqaryan vasitəsilə İran haqqında əldə etdiyi məlumatlar Qərbə ötürülür. Ermənistan xarici işlər naziri Nalbandyanla son danışıqların birində ikisinin arasında belə söhbət olub: “Suriyada bir şey edə bilmədik, amma burada (İran nəzərdə tutulur – red.) ara qarışırsa, mütləq nəsə etməliyik”.
Ermənistanın özünə əziyyət verərək, İrana heç bir dəstək ifadə etməməsi açıq şəkildə göstərir ki, Yerevan cənub qonşusunda vəziyyətin qarışmasını gözləyir. Ümid edək ki, İran bundan sonra Cənubi Qafqazda nəhayət ki, dostunu düşmənindən ayrıd etməyi bacaracaq.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: #İran #Ermənistan #Erməni-xəyanəti