ARDNF-in investisiya portfeli 61 milyard olacaq

ARDNF-in investisiya portfeli 61 milyard olacaq
  28 Dekabr 2017    Oxunub:1800
2018-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 60,67 mlrd.manata bərabər götürülür.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin müvafiq fərmanında qeyd olunub.

Bildirilib ki, portfelin əsas hissəsi dollarla ifadə olunacaq. Belə ki, portfelin 50 %-i ABŞ dollarında ifadə olunan aktivlərə, 35 %-i avroda ifadə olunan aktivlərə, 5 %-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə və qalan 10 %-i isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

AzVision.az


Teqlər: Neft-Fondu  





Xəbər lenti