Neft Fondunun büdcə layihəsi müzakirə olunub

Neft Fondunun büdcə layihəsi müzakirə olunub
  25 Dekabr 2017    Oxunub:1374
Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
ARDNF-dən AzVision.az-a verilən məlumata görə, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub.

Müşahidə Şurası tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının rəyi nəzərə alınmaqla Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılararaq Fondun büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

İclasda eyni zamanda ARDNF-nin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının” yeni “Maliyyə alətləri” adlı 9 nömrəli standartına keçidi ilə əlaqədar Fondun “Mühasibat Uçotu Siyasəti” və “Hesablar Planı”na müvafiq dəyişikliklər təsdiq edilib.

AzVision.az


Teqlər: ARDNF   Büdcə  





Xəbər lenti