Ölkədə 205 mindən çox pambıq yığılıb

Ölkədə 205 mindən çox pambıq yığılıb
  25 Dekabr 2017    Oxunub:1374
Dekabrın 25-dək ölkə üzrə 205 min 696 ton pambıq tədarük olunub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, ötən iki gündə 459 ton məhsul təhvil verilib.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuşdu. O vaxt Azərbaycanda 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.

AzVision.az


Teqlər: pambıq  





Xəbər lenti