Bu il imtahan verən abituriyentlərin sayı azalıb

Bu il imtahan verən abituriyentlərin sayı azalıb
  21 Dekabr 2017    Oxunub:3698
“2017 - 2018-ci tədris ili üçün I - IV ixtisas qrupları üzrə qəbul imtahanlarında müsbət dinamika müşahidə olunub. Bu tədris ili üçün I - IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib”.
AzVision.az-ın xəbərinə görə, bu, Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabatında qeyd olunub. Bildirilib ki, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. Belə ki, bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib.

Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.

Bundan başqa transfer.edu.az portalı vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb. Bu portal 2016-cı ildən fəaliyyət göstərir, tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib.

AzVision.az


Teqlər: Təhsil   tələbə  





Xəbər lenti