Qalatasarayın yeni məşqçisi tapıldı

Qalatasarayın yeni məşqçisi tapıldı
  25 Sentyabr 2013    Oxunub:1712
"Qalatasaray" Roberto Mançini ilə anlaşa bilər. Beləki məlumata görə İtalyalı mütəxəssisin köməkçiləri "Qalatasaray"ın son oyunlarını izləyib.
Türkiyə mətbuatı “Qalatasaray”a yeni baş məşqçisini "tapdı". Məlumata görə “Cim-Bom” rəhbərliyi “Mançester Siti”nin sabiq çalışdırıcısı Roberto Mançini ilə anlaşa bilər.

Məlumata deyilir ki, Fatih Terim Türkiyə millisini çalışdırması qərarı verəndən “Qalatasaray” rəhbərliyi baş məşqçi axtarışlarına başlayıb.

Türkiyə mediasının iddiasına görə, Roberto Mançinin köməkçisi “Qalatasaray”ın son oyunlarını izləyib. Xüsusi ilə “Qalatasaray”ın “Real Madrid”ə darmadağın olduğu qarşılaşmanın da italyan mütəxəssisin köməkşisinin izlədiyi bildirilir.

Roberto Mançinin köməkçisinin İstanbula “Qalatasaray” rəhbərliyinin istəyi ilə gəldiyi də yayılan məlumatlar sırasındadır.


Teqlər:  





Xəbər lenti