Təhsil İnstitutu hesabat verdi - FOTOLAR

Təhsil İnstitutu hesabat verdi - FOTOLAR
  19 Dekabr 2017    Oxunub:4609
YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinə dair hesabat tədbiri keçirilib.

AzVision.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məktəbəqədər təhsilin vacibliyini və bu sahədə ötən 8 ay ərzində görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaq olub.
Tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, millət vəkilləri, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Təhsil İnstitutunun, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və məktəb direktorları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Emin Əmrullayev bildirib ki, layihə çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib. Onun sğzlərinə görə, hər icmaya orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq, bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını deyib.

Daha sonra tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edib. O, Azərbaycanın dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.

Erkən uşaqlıq dövrünü uşaqların potensial imkanlarının inkişafı dövrü hesab edən Ceyhun Bayramov bu yaş dövründə təhsilin uşağa ətraf mühitin kəşf olunmasına, baş verən dəyişiklikləri şüurlu şəkildə dərk etməsinə, sosiallaşmasına, digər uşaqlar və böyüklərlə əməkdaşlıq etməsinə imkan yaradan bir vasitə olduğunu, eləcə də öyrənilən hər bir bacarıq və vərdişin uşağın məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərdiyini vurğulayıb.

















Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Təhsil-İnstitutu   Hesabat  





Xəbər lenti