Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur
  19 Dekabr 2017    Oxunub:2565
“İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib.
AzVision.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev deyib.

O bildirib ki, hər icmada orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub: “Biz elə rayonları seçdik ki, həmin rayonlarda məktəbəqədər göstəricilər çox aşağı faizlidir, ya da orada uşaq bağçası yoxdur. İcmada iştirak edən valideyn məktəbəqədər təhsil qruplarında övladını könüllü şəkildə qeydiyyatdan keçirir və razılığa əsasən həftədə bir neçə gün 2-4 saat ərzində uşaqlara hazırlıq təşkil olunur. İcmalarda dərslər könüllü müəllimlər, məktəb işçiləri və ya valideynlər tərəfindən aparılır. Keçirilən dərslər mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən “İcma əsaslı məktəbəqədər təhsil proqramı” vəsaitinə əsaslanır”.

E.Əmrullayev vurğulayıb ki, tədqiqatlara əsasən Azərbaycanda valideynlərin üçdə ikisi hərdən uşaqları üçün evdə oxuyur: “Evdə uşaqları üçün kitab oxuyan valideynlərin sayı 28-dir. Bu isə ortalamadan çox aşağıdır. Hərdən bir oxumaqdan tez-tez oxumağa keçsək, uşaqlarımızın nəticələrinin əsaslı şəkildə yaxşılaşdığını görə bilərik. Azərbaycanda məktəbəqədər təhsil göstəriciləri aşağı olsa da, uşaqların sonrakı pillələrdə oxu göstəriciləri yüksək olur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Emin-Əmrullayev   Təhsil  





Xəbər lenti