Karateçilərimizin 4-cü medalı

  24 Sentyabr 2013    Oxunub : 566
Karateçilərimizin 4-cü medalı
3-cü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında daha bir idmançımız medal qazandı.
AzVision.az xəbər verir ki, sentyabrın 24-də keçirilən yarışlarda 67 kq çəki dərəcəsində döyüşən Niyazi Əliyev Sudan, Əlcəzair və Mərakeş idmançılarına qalib gələrək finala yüksəldi.

Finalda idmançımız Səudiyyə Ərəbistanı ndan olan Alkahazami Fahad Atiasa 2:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətləndi.
Bununla da Azərbaycan karateçilərinin 3-cü İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 2-si qızıl, 2-si gümüş olmaqla 4-ə çatdı.

Teqlər: