Özbəkistanın BTQ-ya qoşulacağı vaxt açıqlandı

Özbəkistanın BTQ-ya qoşulacağı vaxt açıqlandı
  07 Dekabr 2017    Oxunub:1668
Özbəkistan prezidenti Şövkət Mirziyoyev ölkənin növbəti 5 ili əhatə edən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramının təsdiq edilməsi barədə fərman imzalayıb.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, fərmana əsasən Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanılması nəzərdə tutulub.

AzVision.az


Teqlər: BTQ  





Xəbər lenti