Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq

Musiqili Teatrda 5 tamaşa nümayiş olunacaq
  05 Dekabr 2017    Oxunub:1902
Musiqili Teatrda bu həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tamaşaçılar dekabrın 8, 9 və 10-da saat 12:00 və 19:00-da “Fransızsayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Andersen),“Baladadaşın toy hamamı” (Elçin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) tamaşalarını izləyə bilərlər.

Səhnə əsərlərində xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Boris Qrafkin, Səmayə Musayeva, Novruz Qartal, Svetlana Bulax, Nahidə Orucova, Almaz Ələsgərova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Firuz Məmmədov, Məhərrəm Qurbanov, Marina Litvenenko, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Nadejda Povelitsina, Elçin İmanov, Telnaz Hüseynova, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Gültac Əlili, Əliməmməd Novruzov, Yuliya Heydərova, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Rauf Babayev, Mehriban Zalıyeva, Gülnarə Əzizova, Əmrah Dadaşov, Ruslan Mürsəlov, Şaban Cəfərov, Aydan Həsənova, Səməd Xasıyev, Eleanora Mehdiyeva və başqaları çıxış edəcək.

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 8 dekabr saat 19:00-da M. Kamolettinin “Fransızsayağı qarnir” iki hissəli komediyası böyüklər üçün, 9 dekabr saat 12:00-da H.K. Andersennin “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Dekabrın 10-u saat 12:00-da isə C. Məmmədovun tərcüməsində E. Sabitoğlu, Y. Şvartsın “Qırmızıpapaq” musiqili nağıl-tamaşası Azərbaycan dilində balacalara təqdim olunacaq.

Şəhanə Rəhimli
AzVision.az


Teqlər: teatr  





Xəbər lenti