Səfirin rəsmləri Bakıda hamını təəccübləndirdi - FOTOLAR

Səfirin rəsmləri Bakıda hamını təəccübləndirdi - FOTOLAR
  04 Dekabr 2017    Oxunub:4701
Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosun ilk dəfə Bakıda rəsm əsərləri sərgisi təşkil olunub. Rəsm əsərlərinin hər birində səfir yunan ruhunu və ölkəsinə olan sevgisini nümayiş etdirib.
AzVision.az xəbər verir ki, bu, Yunanıstan səfiri Nikolaos Kanellosun ümumilikdə 20-ci, Azərbaycanda keçirilən ilk sərgisidir.

Qeyd edək ki, ötən axşam baş tutan sərgidə ölkəmizdə olan xarici ölkələrin səfirləri, rəsmilər və ictimai xadimlər iştirak ediblər.

Dekabrın 2-dən 7-dək Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, “United Cultures” beynəlxalq təşkilatının və Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Yunanıstan mədəniyyəti günləri keçirilir. Mədəniyyət günlərində, həmçinin yunan filmləri nümayiş olunacaq.













Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Yunanıstan   Azərbaycan   Sərgi  





Xəbər lenti