Sarkisyanı dəli edən animasiya filmlərimiz - APA TV-də müzakirə (VİDEO)
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, hazırladıqları animasiya filmləri ermənilərə ciddi təsir edib: "Onların "Kill Dim" adlı animasiya serialı vardı, orada Azərbaycan əsgərinin həmişə alçaldılmış obrazını yaradırdılar. Erməni əsgərini isə nəcib, dünyanın ən yaxşı əsgəri kimi göstərirdilər. Uzun müddət buna cavab verilmirdi. Cizgi filminin ortaya çıxma səbəbi də bu idi ki, ermənilərə öz dilləri ilə cavab verək". V.Məmmədov bu filmlərin eyni zamanda Ermənistan cəmiyyətinə ismarıc verdiyini deyib.
Yazar Vüsalə Məmmədova deyib ki, informasiya müharibəsində vaxt itkisindən söhbət gedə bilməz: "Dil kurslarının hər biri bir Xocalı övladına təmənnasız dil öyrətsəydi, o da öz hekayəsini dünyanın anlaya biləcəyi dildə danışa bilərdi".
Hərbi ekspert Rəşad Süleymanovun sözlərinə görə dünyada informasiya müharibəsini aparan media deyil: "Biz Lələtəpəni, yaxud Talışı Abdulla Qurbaninin şerləri ilə almamışıq. İnformasiya müharibələri dövlətin müvafiq strukturları tərəfindən planlaşdırılır, qüvvə və vasitələrin cəlbi ilə aparılır. Media sadəcə bu arabanın təkərlərindən biridir".
Karikaturaçı rəssam Cavad Qafar isə animasiya sənətinin xüsusiyyətlərindən danışıb.
"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.
(apa.tv)
Teqlər: #Animasiya #Sarkisyan #İnformasiya-müharibəsi