Maliyyə naziri deputatların iradlarına cavab verdi

Maliyyə naziri deputatların iradlarına cavab verdi
  22 Noyabr 2017    Oxunub:1985
Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif və iradlara münasibət bildirib.
AzVision.az xəbər verir ki, nazir Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlə razı olmadığını deyib.

“Dövlət idarəetməsi xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır. Bu məsələdə faiz əsasında baxılması mümkün deyil. Bu məsələyə faizlə baxılması ədalətli deyil. Bununla yanaşı, prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ildə islahat xarakterli tədbirlər görülüb. Bunun nəticəsində dövlət 17 milyon manatdan yuxarı vəsaitə qənaət edib”.

Samir Şərifov Bakı-Astara dəmir yolunun Lənkəran və Astaradan keçən hissəsinin köçürülməsi ilə bağlı Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərovun da təklifinə cavab verib: “Prezident İlham Əliyevin tapşırığı ilə köçürülmə işlərinin həyata keçirilməsi üçün hazırlıq işləri görülür. Bu işlərlə “Azərbaycan Dəmir Yolları” və İqtisadiyyat Nazirliyi məşğuldur”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Maliyyə-naziri   millət-vəkili  





Xəbər lenti