6 komanda üz-üzə

6 komanda üz-üzə
  21 Sentyabr 2013    Oxunub:1457
Bu gün Topaz Premyer Liqada 7-ci turun növbəti oyunları keçiriləcək.
İkinci oyun günündə üç qarşılaşma baş tutacaq. Günün ilk oyununda "İnter" - "Bakı"nı qəbul edəcək. Mövsümə uğursuz başlayan "bankirlər" uğursuz seriyalara son qoymaq üçün mütləq qalib gəlməlidir. İşləri heç də pis getməyən "Bakı" isə son turda "Xəzər Lənkəran"a məğlubiyyəti unutdurmq üçün yalnız qələbəni düşünəcək. Bu mənada paytaxt derbisinin gərgin və maraqlı keçəcəyini söyləmək olar.

İkinci oyunda "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Hazırda "Qarabağ"la birgə 13 xal toplayan "ağ-qaralar" qalib gələcəyi təqdirdə turnir cədvəlinin lideri "Qəbələ"ni qabaqlayacaq.

Günün son qarşılaşmasında isə "Qarabağ" "Simurq"u qonaq edəcək. Ağdam klubu da son iki oyunda istədiyi nəticəni qazana bilməyib. Ona görə də "Simurq"la oyunda daha diqqətli olub üç xal qazanmağa çalışacaqlar. "Qarabağ" "Sumurq"u məğlub edəcəyi halda, xalını 16-ya çatdıracaq və digər oyunların nəticəsindən asılı olmayaraq turnir cəvəlinin liderinə çevriləcək.

Qeyd edək ki, 7-ci tura sentyabrın 22-də keçiriləcək AZAL - "Xəzər Lənkəran" oyunu ilə yekun vurulacaq.

AzVision.az



Teqlər:  





Xəbər lenti