Pərviz Şahbazov Boliviyaya gedir

Pərviz Şahbazov Boliviyaya gedir
  21 Noyabr 2017    Oxunub:4649
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov 24 noyabr 2017-ci il tarixində Boliviyada keçiriləcək Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısında iştirak edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, sammitdə qaz sənayesi və qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi ( Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru) üzvü var.

AzVision.az



Teqlər: Pərviz-Şahbazov  





Xəbər lenti