Manatla olan əmanətlər 39 faiz artıb

Manatla olan əmanətlər 39 faiz artıb
  18 Noyabr 2017    Oxunub:1504
Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7022,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, əmanətlərin 71,8 faizi xarici, 28,2 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 5598,0 milyon manatı və ya 79,7 faizi özəl banklarda, 1424,2 milyon manatı (20,3 faizi) isə dövlət banklarında yerləşdirilib.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 39,0 faiz artıb, xarici valyutada əmanətlər isə 21,1 faiz azalıb.

AzVision.az


Teqlər: Milli-valyuta  





Xəbər lenti