Bakı `Avro-2020`yə ev sahibliyi edə bilər
Onun sözlərinə görə, bu haqda qərar UEFA-ya üzv ölkələrin milli federasiyalarının prezidentləri və baş katiblərinin Xorvatiyanın Dubrovnik şəhərində keçirilən toplantısında çıxarılıb. E. Məmmədov bildirib ki, Bakının çempionatı təşkil edəcək 13 şəhər arasına düşmə şanslarını rəqibləri açıqlandıqdan sonra dəyərləndirmək olar: “Biz qrup mərhələsinin 3, 1/8 final və ¼ final mərhələsinin isə hərəyə 1 oyununa ev sahibliyi etmək istəyindəyik. Görək, belə bir istəklə daha hansı şəhərlər çıxış edəcək. Yarımfinal və final oyunlarına isə özümüz iddia etmədik. Çünki bu zaman azarkeşlər 3 matça şahidlik edəcəkdilər. Biz isə daha çox – 5 oyunu qəbul etmək niyyətindəyik”.
Qeyd edək ki, namizəd şəhərlərin siyahısı sentyabrın 20-də Bakı vaxtı ilə saat 15:00-da, qalib şəhərlər isə 2014-cü il sentyabrın 14-də açıqlanacaq.(Lent.az)