İranda ölü sayı 450–yə çatıb - (Yenilənib)

İranda ölü sayı 450–yə çatıb - (Yenilənib)
  14 Noyabr 2017    Oxunub:35589
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 450–yə çatıb.
Press TV-nin yaydığı məlumata görə, yaralıların sayı isə 7 minə yaxındır. Hazırda dağıntılar altından cəsədlərin çıxarılması davam edir. Hələlik 300 cəsədin çıxarılması mümkün olub.

***
(18:48)

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 407 nəfərə çatıb.

AzVision.az “Press TV”yə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 6700 nəfər xəsarət alıb.

Zəlzələ nəticəsində 70 min ailə evsiz qalıb. Hazırda xilasetmə işləri davam etdirilir.

***

İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 350 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bunu “Ria Novosti”-yə Qırmızı Aypara hərəkatının İrandakı nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, zəlzələ nəticəsində təxminən 4 min nəfər yaralanıb.

***

İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində 339 nəfər ölüb, 2500 nəfər isə xəsarət alıb.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı İranın təbii fəlakətlərə qarşı mübarizə üzrə Milli Təşkilatından bildiriblər.

Zəlzələ nəticəsində 70 min ailə evsiz qalıb. Hazırda xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.

**

İranın qərbində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artır.

AzVision.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 211 nəfər ölüb. Dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb. 1600-dən çox insanın yaralandığı bildirilir.



Xatırladaq ki, noyabrın 12-də İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Bağdaddan 204 kilometr şimal-şərqdə və İranın Kermanşah şəhərindən104 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

***

İran-İraq sərhədində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 164-ə çatıb.

***
(08:55)

İranda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 1683 nəfərin yaralandığı bildirilir. Ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, İraqın Süleymaniyyə şəhəri yaxınlığında baş verən 7,6 bal gücündə zəlzələ İranda böyük dağıntılara səbəb olub. İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Hadisə yerlərinə təcili olaraq yanğınsöndürənlər, həkim briqadaları və xilasedicilər gəliblər.







AzVision.az


Teqlər: İran   Zəlzələ  





Xəbər lenti