Əmanətçilərə 747 milyon kompensasiya ödənilib

Əmanətçilərə 747 milyon kompensasiya ödənilib
  06 Noyabr 2017    Oxunub:1292
Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan 11 bank üzrə 747 milyon 938 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan AzVision.az-a bildiriblər ki, "Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 550 min manat olmaqla, onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənilib və 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min manat, "Gəncəbank"ın əmanətçilərinə 976 min 441 manat, "Texnikabank"ın əmanətçilərinə 120 milyon 408 min manat, "Parabank"ın əmanətçilərinə 43 milyon 222 min manat, "Zaminbank"ın əmanətçilərinə 72 milyon 196 min manat, "Kredobank"ın əmanətçilərinə 27 milyon 914 min manat, "Dekabank"ın əmanətçilərinə 3 milyon 88 min manat, "Atrabank"ın əmanətçilərinə 14 milyon 352 min manat, "Qafqaz İnkişaf Bankı"ın əmanətçilərinə 2 milyon 4 min manat, "Bank Standard"ın əmanətçilərinə 437 milyon 745 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 28,4 maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə, bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

AzVision.az


Teqlər: sığorta   əmanət  





Xəbər lenti