ADAU-da tələbələrə əlavə təqaüd verilib
Bütövlükdə, universitetdə beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığına əlavə dəstək məqsədilə universitet Elmi Şurasının qərarı ilə ingilis bölməsində təhsil alan 56 tələbəyə büdcədənkənar vəsait hesabına ayda 50 manat əlavə təqaüdün verilməsi barədə qərar qəbul edilib.
Qeyd etmək lazımdır ki, universitetdə 11, o cümlədən “aqronomluq” ixtisası üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişi əsasında aparılır, yəni bu ixtisaslar üzrə təhsil alan tələbələr təhsil haqqından azad olunmaqla yanaşı aylıq təqaüdlə təmin olunurlar.
AzVision.az
Teqlər: ADAU