Türk velosipedçi ermənilərdən razı qalıb - VİDEO

Türk velosipedçi ermənilərdən razı qalıb - VİDEO
  19 Sentyabr 2013    Oxunub:1101
Orxan Kılıç Ermənistana səfərinin təəssüratlarını danışıb.

Bu yazını təqdim etməklə nə Ermənistanı təqdir etmək, nə də ermənilərin qonaqpərvərliyini tərifləmək kimi bir niyyətimiz yoxdur. Hər halda ermənilərin kim və necə olduqları hamımıza bəllidir. Sadəcə bir türkün Ermənistana səfərindən ağız dolusu danışması diqqətimizi çəkdi. Onun Ermənistana səfərindən `olduqca` razı qalması qərbə səslənsə də bu belədir.

Türk və erməni mətbuatında yayılan həmin yazını sizə təqdim edirik.

Beləliklə Türkiyə vətəndaşı Orhan Kılıç bir neçə dostu ilə birgə bu ilin iyul ayında velosipedlə Ermənistana səfər edib. O, öz təəsüratları barədə “Hürriyet” Qəzetinə danışıb.

Keşmiş mühəndis Orhan Kılıç, pensiyaya çıxandan sonra müxtəlif ölkələrlə velosipedlə səyahət etmək qərarına gəlib. Gürcüstan a səfərindən sonra Ermənistanı da gəzib-dolanmaq fikriə düşüb. Kılıçın sözlərinə görə Ermənistan sərhədində onu türk dilində salamlayıblar.

“Ermənistanın yolları çox bərbad vəziyyətdə olsa da, ermənilərin qonaqpərvərliyi tezliklə bütün çətinliklərimi unutdurdu. Türk olduğumuzu bilən hər kəs mənimlə maraqlanırdı, bizə kömək edirdilər. Təkcə Eçmiazdində bir gənc keşiş “Genosid” mövzusuna toxundu. Mən isə dedim ki, tarixi tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Sonra biz dostlaşdıq və onuİstanbula dəvət etdim. Yerevanda qaldığım oteldə mənimlə çox yaxşı rəftar edirdilər. “Erməni Genosidi” Muzeyinin əməkdaşları məni Yerevanda ən yaxşı restorana dəvət etdilər.

Hətta, köç zamanı ailə üzvlərinin çoxunu itirən adamlarla da rastlaşdıq. Heç yerdə bizimlə pis davranmadılar”- Orhan Kılıç deyib .

Kılıç və dostlarının Ermənistan səfərindən görüntüləri sizə təqdim edirik.

Bura `Yerevan`, yəni İrəvandır



`Sevan`, əslində Göyçə gölünün qırağında bir erməni qoca Orxan Kılıç üçün məşhur türk türkülərindən birini elə türk dilində oxuyur. Təbii ki, pul müqabilində. Azəri ləhcəsi də hiss olunur. Ya qorxusundan, ya da özü bilir, nədənsə o, `mən yunanıstanlıyam` deyir.



Ermənistanı gəzib dolaşan Kılıç və dostları sonda bizimkilərin də qonağı olublar. Başdan sonadək erməni dilində türk mahnılarının müşayiəti ilə davam edən bu video-materialda türk qardaşımızın doğma `Sarı gəlin`mahnımızı hansı məqsədlə istifadə etdiyi diqqətimizi çəkdi. Olmaya onu erməni mahnısı kimi tanıyır? Əgər belədirsə vay halına... yox əgər `dostluq və barış xətrinədirsə, onda nəzərinə çatdırırıq ki, bizə həm torpaqlarımızı, həm də mədəni sərvətlərimizi işğal edənlərlə dost ola bilmərik



Səbinə Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti