Narışkin Qərbin Belarusda sabitliyi pozmaq planlarını açıqlayıb

Narışkin Qərbin Belarusda sabitliyi pozmaq planlarını açıqlayıb
  26 Noyabr 2024    Oxunub:260
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasında çıxışı zamanı diqqət çəkən açıqlamalar verib.
O, bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Böyük Britaniyanın Mİ-6 kəşfiyyat xidməti Belarusda sabitliyi pozmaq üçün Kalinovski adına alayın birləşmələrindən istifadə edə bilər.

FSB rəhbəri: "ABŞ MDB-də xaos və ucuz resurs bazası yaratmaq istəyir"
“Mərkəzi Kəşfiyyat İdarəsi və Mİ6 gələn il keçiriləcək prezident seçkilərini nəzərə alaraq, Belarusda sabitliyi pozmaq üçün Kalinovski alayının kollaborantlarından istifadə etməyi planlaşdırır”, - Narışkin bildirib.

İclasda çıxış edən Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov da Qərbin ünvanına sərt ittihamlar səsləndirib.

Onun sözlərinə görə, Qərb öz geosiyasi ambisiyalarını reallaşdırmaq üçün ən çirkin üsullardan istifadə etməkdən çəkinmir.

Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrda ölkəsinin seçkilərə hazır olduğunu və bütün təxribatlara cavab verə biləcəklərini açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qərb   Belarus  





Xəbər lenti