Ermənilər bir ayda atəşkəsi 3519 dəfə pozub - (VİDEO)

Ermənilər bir ayda atəşkəsi 3519 dəfə pozub - (VİDEO)
  31 Oktyabr 2017    Oxunub:3159
Ermənistan silahlı qüvvələri oktyabr ayında atəşkəs rejimini 3519 dəfə pozub.
AzVision.az Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, oktyabr ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan 60 və 82 millimetrlik minaatanlardan (ümumilikdə 10 mərmi) da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.



Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri erməni silahlı bölmələrinin atəşinə məruz qalıb.

Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.

Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Qeyd edək ki, düşmən sentyabr ayında atəşkəsi 3802 dəfə pozub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Atəşkəs   Qarabat   Cəbhə   Təxribat  





Xəbər lenti