“WhatsApp” istifadəçiləri üçün növbəti yenilik

“WhatsApp” istifadəçiləri üçün növbəti yenilik
  28 Oktyabr 2017    Oxunub:3635
“WhatsApp” istifadəçilərinə messencerdə göndərilmiş mesajları silmək imkanı yaradılıb.
Məlumata görə, funksiya şəxsi və qrup mesajlarını dəstəkləyir. Göndərilmiş mesajdan 7 dəqiqə keçməmiş onu silmək olar və bu halda həmsöhbət "bu mesaj silinib" qeydini görəcək. Bunun üçün ekranda əlavə parametrlərdən ibarət zolaq çıxanadək barmağı mesajın üzərində saxlamaq lazımdır. İstifadəçi səbət nişanının üzərinə basmaqla mesajı silə bilər.

Yeni funksiya “WhatsApp” messencerinin son versiyasında işləyir. Oktyabrın 27-dən etibarən istifadəçilər tədricən bu funksiyadan yararlana biləcəklər.

AzVision.az


Teqlər: WhatsApp  





Xəbər lenti