Kompüter qarşısında diqqətli olun! - Gizli kameralar sizi çəkir!

Kompüter qarşısında diqqətli olun!  -
 Gizli kameralar sizi çəkir!
  26 Oktyabr 2017    Oxunub:8560
Noutbukların kameraları vasitəsilə izlənilirikmi? Hazırda bir çox insan bu sual üzərində düşünür. Məhz bu səbəbdən əksəriyyət kameraların üzərini bağlamaqla izlənməkdən yaxa qurtarmağa çalışır. Bəs buna ehtiyac varmı?
Ötən il “Facebook”un sahibi Mark Zukerberqin paylaşdığı bir fotonun arxa fonundakı kompüterdə kamera və mikrofonun band vasitəsi ilə qapadıldığı təsbit olunmuşdu. Zukerberq kimi birinin bu yola əl atması isə insanları izlənmə təhlükəsi ilə bağlı təsvişə salmışdı: “Paranoyak olmağınız, təqib edilmədiyiniz anlamına gəlmir”.

Zukerberq kimi təhlükəsizliyi yüksək səviyyədə qorunan biri belə tədbirlərə əl atırsa, deməli hər kəs öz təhlükəsizliyi üçün düşünməlidir.

ABŞ Federal Tədqiqatlar Bürosunun (FBI) sədri Ceyms Komey də kompüterinin kamerasının üzərini kiçik kağız bandla qapatdığını etiraf edib.

Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, 21 faiz insan təhlükəsizliyi üçün kameraların üzərini bağlayır. Çində isə bu rəqəm 40 faizdir. Təbii ki, bu narahatlıq əbəs yerə deyil. Çünki, kiber cinayətkarlar kamera vasitəsilə şəkillərinizi çəkə, sizi dinləyə bilirlər.

Bəzi təhlükəsizlik proqramları yükləyərək bu riskləri azalda bilərsiniz. Ancaq, yenə də risk sıfır deyil. Bu səbəbdən hələlik ən təhlükəsiz yol kimi görünən kameranın üzərini qapatmaqdır.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Kamera  





Xəbər lenti