Buraxılış imtahanlarının təqvim planı təsdiqləndi

Buraxılış imtahanlarının təqvim planı təsdiqləndi
  25 Oktyabr 2017    Oxunub:3497
2017/2018-ci tədris ilində keçiriləcək buraxılış imtahanları və attestasiya ilə əlaqədar yeni təqvim planı təsdiq edilib.
DİM-dən AzVision.az verilən məlumata görə, “Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

Təhsil şöbələri ( təhsil idarələri) və ümumtəhsil müəssisələrindən bu tədris ilində görüləcək işlərin təqvim planında göstərilmiş tarixlər üzrə yerinə yetirilməsini və şagirdlərə aid məlumatların təqvim planında göstərilən tarixlərdə “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etmələri tapşırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   imtahan  





Xəbər lenti