“Neftçi” uddu, “Zirə” xal itirdi

“Neftçi” uddu, “Zirə” xal itirdi
  21 Oktyabr 2017    Oxunub:2029
Bu gün Topaz Premyer Liqasının IX turu çərçivəsində Gəncə şəhər stadionunda “Kəpəz” klubu paytaxt təmsilçisi “Neftçi”ni qəbul edib.
AzVision.az xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə “Neftçi” minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu 41-ci dəqiqədə Ruslan Abışov meydan sahiblərinin qapısından keçirib.

Gününün sonuncu görüşündə “Sumqayıt” klubu “Zirə” ilə qarşılaşıb. “Kapital Bank Arena”da baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanaraq "Zirə"nin məğlubiyyətsizlik seriyasını qırıb. Bu qələbədən sonra “Sumqayıt” klubu 13 xalla dördüncü pillədəki mövqeyini möhkəmləndirib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.

AzVision.az


Teqlər: PFL  





Xəbər lenti