Dərsə davamiyyət aşağı düşməyib - Rəsmi

Dərsə davamiyyət aşağı düşməyib - Rəsmi
  06 Oktyabr 2017    Oxunub:3324
"Son günlər paytaxt Bakıda yağmurlu hava şəraiti zamanı ümumitəhsil müəssisələrində dərsə davamiyyətin aşağı düşməsi ilə bağlı bizə heç bir müraciət daxil olmamışdı".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, şagirdlərin dərsə davamiyyəti məsələsi hər zaman diqqət mərkəzindədir: "Bu problem ən çox soyuq aylarda yolların buz bağlaması və ya yollarda yaranan çətinlik zamanı müşahidə olunur. Hazırkı vəziyyətdə yağan yağışlar nəticəsində davamiyyət ciddi şəkildə zəifləməmişdi".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: BŞTİ  





Xəbər lenti