Oktyabrın ən çox gözlənilən 11 serialı - Treylerlər

  03 Oktyabr 2017    Oxunub : 6824
Oktyabrın ən çox gözlənilən 11 serialı - Treylerlər
Oktyabr televiziya premyeraları ilə olduqca zəngin aydır.

AzVision.az bu il ən çox gözlənilən və sevilən serialların siyahısını təqdim edir:
Ayın premyeraları

Ruhlar / Ghosted

Birinci mövsümün premyerası: 1 oktyabr
Janrlar: Komediya, fantastika
ABŞ.


Sabiq polis əməkdaşı və kitabxana işçisi paranormal hadisələr və hətta yadplanetlilərlə mübarizə aparan “Zirzəmi” təşkilatına cəlb olunur. Qəhrəmanlar işə başlamaq üçün birgə işləməlidirlər, lakin bu onların müxtəlif xasiyyətlərinə görə heç də asan olmayacaq.

Vadidə on gün / Ten Days in the Valley

Birinci mövsümün premyerası: 1 oktyabr
Janrlar: Dram
ABŞ.


Ceyn Sedler – Televiziya prodüseri və tənha ana. O, işi, qızı və çətin boşanma prosesi arasında “bölünməli” olur. Lakin bir gecə onun qızı yoxa çıxır. Bu andan etibarən onun həyatı detektivə çevrilir. Ceynin qarşılaşdığı hər kəs ondan nəsə gizlədir...

İstedadlılar / Gifted

Birinci mövsümün premyerası: 1 oktyabr
Janrlar: Fantastika, döyüş, dram
ABŞ.


Fox kanalı “X adamlar” kainatı üzrə super qəhrəman seriallarının sayını artırır. “Legion”la yanaşı, “İstedadlılar” serialı da nümayişə çıxır. Adi ailədə valideynlər övladlarından ikisinin mutant olduğunu bilirlər. Bu andan etibarən onlar dövlətdən gizlənməyə və mutantların gizli təşkilatının dəstəyi ilə həyatları uğrunda mübarizəyə başlayırlar.

Mer / The Mayor

Birinci mövsümün premyerası: 3 oktyabr
Janrlar: Komediya
ABŞ.


Azalan populyarlığını qorumaq üçün reper Kortni Rouz mer postu uğrunda seçkilərə qatılır. Seçkilərdə gözlənilmədən qalib gələn Rouz indi siyasi elmılər oxumağa məcbur olur.

Ağıl ovçusu / Mindhunter

Birinci mövsümün premyerası: 13 oktyabr
Janrlar: triller, dram, kriminal
ABŞ.



Payızın ən çox gözlənilən premyeralarından biri. Devid Finçerin rejissorluq etdiyi serial 70-cı illərin sonlarında amansızlıqla törədilən qətlləri araşdıran iki FTX agentindən bəhs edir. Cinayətkarları daha ətraflı öyrənmək üçün onlar qatillərlə ünsiyyətdə olur, onların davranışlarını öyrənirlər.

Sevilən serialların yeni mövsümləri

Dünyada sonuncu insan / The last man on Earth

Dördüncü mövsümün premyerası: 1 oktyabr
Janrlar: komediya, dram
ABŞ.



Naməlum virusdan sonra Yer planetində tək qaldığını düşünən Fil Millerin hekayəsinin davamı. Qeyd edək ki, sonuncu mövsümdə o özünə yol yoldaşı tapır və onlar sağ qalmaq yollarını araşdırırlar.

Fleş / The Flash

Dördüncü mövsümün premyerası: 10 oktyabr
Janrlar: macəra, fantastika, döyüş
ABŞ.



Yeni mövsümdə Barri Allen / Fleş alternativ reallığa düşür. O, alternativ reallıqda düşmənlərinə qalib gəlməli, problemləri həll etməli və evə geri qayıtmaq yolunu tapmalıdır. Fleşlə yanaşı, CW telekanalının “DC Comics” əsasında çəkdiyi digər seriallarda ekranlara qayıdır.

Mr. Robot / Mr. Robot

Üçüncü mövsümün premyerası: 11 oktyabr
Janrlar: Psixoloji triller
ABŞ.



Haker Elliot Alderson şər korporasiyası ilə mübarizəni davam etdirir və özünün normal olmamasında şübhələnir. Ötən mövsümün sonunda onu xəyalları reallıq oldu, Elliotu az qala öldərəcəklər. Bu arada dünyada böhran davam edir.

Şans / Chance

İkinci mövsümün premyerası: 11 oktyabr
Janrlar: Psixoloji triller, dram
ABŞ.



Hyu Lorinin yenidən həkim rolunu canlandırdığı serialın ikinci seriyası çıxır. Psixonevroloq Eldon Şansın ikili şəxsiyyətdən əziyyət çəkən xəstə ilə münasibəti uğursuz sonluqla bitdi. Həkim şans isə sona qədər nəyin baş verdiyini anlamadı. Ola bilsin ki, bu mövsüm Şans daha da cəsarətli olacaq və öz pasientlərinin işlərinə daha aktiv formada qarışacaq.

Gəzən ölülər / Walking dead

Səkkizinci mövsümün premyerası: 22 oktyabr
Janrlar: horror, dram
ABŞ.



Yeni mövsümdə də tamaşaçılar zombi-apokalipsis şəraitində sağ qalan qəhrəmanlarla qarşılaşacaqlar. Bu şəraitdə isə bəzən sağ qalan insanlar hətta gəzən ölülərdən də qorxulu ola bilərlər...

Çox qəribə işlər / Stranger things

İkinci mövsümün premyerası: 27 oktyabr
Janrlar: fantastika, qorxu, triller
ABŞ.



Ötən il fövqəltəbii hadisələrlə mübarizə aparan və dostlarını axtaran qorxu serialı böyük marağa səbəb olmuşdu. Ötən mövsümün sonunda dostlar Uilli xilas edə bilsə də, paranormal hadisələr yenə də baş verir. O, daima qorxulu yuxular görür. Bu arada on ikinci real dünyaya daxil olmaq istəyir.

Hazırladı: Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Oktyabr