Nazir yeni rəhbəri qəbul edib

Nazir yeni rəhbəri qəbul edib
  29 Sentyabr 2017    Oxunub:2452
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin yeni rəhbəri cənab Kestutis Yankauskası 2017-ci ilin 28 sentyabr tarixində qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir bildirib ki, Aİ ilə birgə 2013-2014-cü illərdə turizm sahəsində həyata keçirilən Tvinninq layihəsi uğurla başa çatıb.

Layihənin nəticəsi olaraq Nazirliyin Turizm şöbəsində struktur dəyişiklikləri baş vermiş, eləcə də layihənin bir çox təklifləri Azərbaycan prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş Strateji Yol Xəritəsi ilə uyğunlaşdırılıb.

Eyni zamanda Aİ ilə birgə 2016-cı ildən icra olunan “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi ətrafında da müzakirələr aparıldı və layihə tərəfindən müxtəlif istiqamətlərdə işin aparılması qeyd edilib.

Daha sonra nazir Əbülfəs Qarayev 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş “Bakı Prosesi” və bu proses çərçivəsində keçirilən Mədəniyyətlərarası Dialoq Forumu barəsində məlumat verib.

AzVision.az


Teqlər: Əbülfəs-Qarayev  





Xəbər lenti