Neft Fondu büdcə dəyişikliyini prezidentə təqdim edib

Neft Fondu büdcə dəyişikliyini prezidentə təqdim edib
  27 Sentyabr 2017    Oxunub:2416
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, baş naziri, ARDNF-nin Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası təqdim olunmuş ARDNF-nin 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

AzVision.az


Teqlər: Neft-Fondu   İlham-Əliyev  





Xəbər lenti