Neftin qəfil bahalaşmasının səbəbi: “Bir ay belə davam edəcək”

Neftin qəfil bahalaşmasının səbəbi: “Bir ay belə davam edəcək”
  26 Sentyabr 2017    Oxunub:2638
“Ötən gün İraq Kürdüstanında keçirilən referendum neftin qiymətinə ciddi təsir edib. Bu səbəbdən hazırda neftin qiyməti 60 dolları ötüb”.

Bunu AzVision.az-a iqtisadçı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, neftin qiymətinin artması müəyyən müddət üçün olacaq: “Bütün siyasi məsələlər neftin qiymətinə təsir edir. Amma bu artımın daha çox davam edəcəyini düşünmürəm. Bu barədə müəyyən məsələlər öz həllini tapacaq. Hesab edirəm ki, artım bir ay davam edəcək. Bir müddətdən sonra stabilləşəcək və neftin qiyməti 50-55 dollar səviyyəsində olacaq”.

V.Əhmədov qeyd edib ki, Kürdüstan dövlətinin yaradılması qəbuledilməzdir və bu problemli məsələdir.

Qeyd edək ki, ötən gündən başlayaraq dünya birjalarında neftin qiyməti bahalaşır. "Brent" markalı neftin qiyməti 2015-ci ilin iyulundan etibarən ilk dəfə 60 dolları ötüb. Son məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,39 dollar və ya 2,35% artaraq 60,51 dollar təşkil edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Vahid-Əhmədov  





Xəbər lenti