Azərbaycan "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə - Fotolar

Azərbaycan "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə - Fotolar
  26 Sentyabr 2017    Oxunub:4133
Azərbaycanın Dostları Assosiasiyası (ADA) və Azərbaycan Evinin təşkilatçılığı ilə Parisdə "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə Azərbaycan layiqincə təmsil olunur.
ADA-dan AzVision.az-a vrilən xəbərə görə, Parisdə keçirilən bu geniş miqyaslı tədbirdə 40-dan çox ölkə iştirak edib. Şəhərciyin məqsədi Fransada, xüsusilə Parisdə, müxtəlif mənşəli millətlərin coxluq təşkil etdiyi bir şəhərdə, tolerantlıq və multikulturalizmin daha da möhkəmlənməsi, bu xalqlar arasında mədəni irslərin mübadiləsinin genişlənməsinə xidmət etməkdir.



Şəhərciyin açilishinda Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Paris şəhər və 7-ci rayon meriyalarının nümayəndələri, müxtəlif kulinariya və qastronomiya assosiasiyaları, məşhur mətbəx ustaları, eləcə də iştirakçı ölkələrin səfirləri və rəsmi nümayəndələri iştirak ediblər.



Sena çayınınn sahilində 3 gün davam edən bu tədbir zamanı Azərbaycana məxsus olan pavilyon şəhərciyin ən çox ziyarət olunan məkanlarindan biri olmuşdur. Milli üslubda bəzədilmiş pavilyonda milli mətbəximizdən nümunələr, dadlı-ləzzətli xörəklər, şirniyyat və içkilərin dequstasiyası və satışı həyata keçirilmişdir. Zəngin mədəni irsimizdən nümunələr, geyim və bəzək əşyaları, milli sənətkarlıq nümunələri nümayiş olunmuşdur. Pavilyonda milli yeməklərimizin birbaşa bişirilmə təqdimatı ziyarətçilərin diqqət və marağına səbəb olmuşdur.



« Beynəlxalq Qastronomiya şəhərciyi » iştirak edən ölkələr həmçinin öz milli musiqi və rəqslərini tədbir boyunca davam edən musiqi proqramında təqdim etmişlər. Parisdə Azərbaycan məktəbinin şagirdləri Səma və Umid « Uzundərə », « Naz eləmə » və digər Azərbaycan rəqslərini bu musiqi proqramında uğurla ifa ediblər.




AzVision.az


Teqlər: Azərbaycanın-Dostları-Assosiasiyası   Fransa  





Xəbər lenti