21 İKT layihəsinə dövlət qrantı ayrılıb

21 İKT layihəsinə dövlət qrantı ayrılıb
  20 Sentyabr 2017    Oxunub:1549
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap layihələrinə növbəti qrantlar ayırıb.
Nazirlikdən AzVision.az-a daxil olan məlumata görə, Fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının iclasında aprelin 10-da elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələri ilə bağlı yekun qərar verilib.

Qeyd edək ki, sayca V olan bu qrant müsabiqəsinə ümumilikdə, 172 layihə təqdim olunub. Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Kompleks ekspertizaya təqdim olunan 150 layihədən isə 71-i müsbət rəy alıb.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə 242 min manat qrant vəsaiti ayrılıb.

Qeyd edək ki, ilk 3 müsabiqənin qalibi olmuş 62 layihənin hamısının, 4-cü müsabiqənin qalibi olmuş 29 layihənin isə 18-nin icrası yekunlaşdırılıb. Qalan 28 layihə üzrə işlər davam etdirilir.

Fondun elan etdiyi 5 müsabiqə üzrə qalib olmuş 108 layihənin 27-si tələbələr tərəfindən təqdim olunub (digər - 23 kommersiya hüquqi şəxsi, 58 fərdi şəxs), o cümlədən 16-sı universitetlərdəki biznes inkubatorlarda hazırlanıb.

Qalib layihələr daha çox təhsil (16), turizm (15), oyun (14), İKT cihazlarının hazırlanması (18), e-ticarət (11) və digər xidmət (34) sahələrini əhatə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti