ARDNF və AİB arasında görüş keçirilib

ARDNF və AİB arasında görüş keçirilib
  18 Sentyabr 2017    Oxunub:1392
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən AzVision.az-a verilən məlumata görə, görüşdə ARDNF-nin fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə məsələlər müzakirə edilib.

AzVision.az



Teqlər: ARDNF   AİB  





Xəbər lenti