Deputatdan elmi araşdırmalarla bağlı təklif

Deputatdan elmi araşdırmalarla bağlı təklif
  18 Sentyabr 2017    Oxunub:1075
“Elmi araşdırmaların maliyyələşdirilməsi məsələsinə diqqət ayrılmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini, millət vəkili Bəxtiyar Əliyev deyib.

O, bildirib ki, doktorantların araşdırma aparması büdcədən maliyyələşmir: “Dövlət sifarişli tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlərimiz var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmaları üçün, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur. Bu gün insan kapitalının inkişafı lazımdır. Əgər elmi araşdırmalar aparılmayacaqsa, elmi araşdırmalarla təhsil bir yerdə olmayacaqsa, bu gün təhsil müəssisələrində hazırladığımız kadrlar fəaliyyət göstərəndə elmi nailiyyətləri sıfırdan başlayacaq. Bu gün Azərbaycan dövlətinin bir məqsədi var - yüksək texnologiyalar cəmiyyətini formalaşdırmaq və elm tutumlu sahələri inkişaf etdirmək. Yüksək ixtisaslı elmi kadrların hazırlanması yüksək vəsait tələb edir. Yaxşı vəsait qoyulmalıdır ki, keyfiyyət əldə edək. Azərbaycanda güclü elmi laboratoritya yaratmaq istəyiriksə, bu məsələyə baxılmalıdır”.

B.Əliyev qeyd edib ki, istər bakalavr, istərsə də magistratura pilləsində laboratoriyalarda ən sadə cihazlar belə yoxdur: “Cihazlar yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar aparsınlar, yaxud yeni biliklərə yiyələnmək üçün o cihazlarla işləməyi bacarsınlar. Ona görə də belə məsələnin müzakirəsi qeyd edilməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti