Əmanətlərin 73,4 faizi xarici valyutadadır

Əmanətlərin 73,4 faizi xarici valyutadadır
  18 Sentyabr 2017    Oxunub:1807
Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyon 860 min 7 manat olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 21 faiz artıb, xarici valyutada əmanətlər isə 20,5 faiz azalıb.

Avqust ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,73) manata, 1 avroya 2,01 manata (1,91), 100 rus rubluna 2,86 manata (2,97) bərabər olub.

AzVision.az


Teqlər: Bank   Valyuta  





Xəbər lenti