Lütfi Zadə gələn həftə I Fəxri xiyabanda dəfn olunacaq - FOTOLAR
“Cənazə gələn həftə Bakıya göndəriləcək. Hazırda bir az ləngimə var” – deyən Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadənin cənazəsi I Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Artıq Lütfi Zadənin məzarı qazılıb.
Ş.Şahbazova vurğulayıb ki, dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
Hafiz Əhmədov
AzVision.az
Teqlər: Lütfi-Zadə