“Dövlət qulluğunda 1000-dən çox vakant yer var” - Bəhram Xəlilov

“Dövlət qulluğunda 1000-dən çox vakant yer var” - Bəhram Xəlilov
  14 Sentyabr 2017    Oxunub:3662
"Dövlət qulluğu üçün təklif olunan 1000-dən çox vakant vəzifələrin arasında yüksək vəzifələr də var".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, dövlət orqanlarında vakant yüksək vəzifələrdə seçimin aparılmasına başlamaq lazımdır: "Burada söhbət dövlət orqanlarının maraqlarından deyil, qanunvericilikdə nəzərdə tutulan tələblərin həyata keçirilməsindən gedir. Bütün dövlət orqanları vakant yerləri açıq elan etməli və Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər".

B.Xəlilov qeyd edib ki, vakant dövlət vəzifələri çoxdur: "Bir müddət idi ki, vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqə keçirilirdi. Hazırda 1000-dən çox vakant yer var. Bunlar bir çox dövlət orqanlarına – Dövlət Əmlak Komitəsi, İqtisadiyyat Nazirliyi, Ekologiya vəTəbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinə aiddir".

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Bəhram-Xəlilov  





Xəbər lenti