Kolleclərə qeydiyyat başladı

Kolleclərə qeydiyyat başladı
  06 Sentyabr 2017    Oxunub:2666
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar 2017ci il sentyabrın 6-dan 13-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Bu barədə AzVision.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Qeydiyyat   Kollec  





Xəbər lenti