Neft Fondu 125 milyard dollar qazanıb

Neft Fondu 125 milyard dollar qazanıb
  18 Avqust 2017    Oxunub:1686
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 125 milyard 718 milyon ABŞ dolları gəlir əldə edib.
ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən AzVision.az-a bildirilib ki, bu ilin yanvar-iyul aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 3 milyard 609 milyon dollar vəsait daxil olub.

AzVision.az


Teqlər: Dövlət-Neft-Fondu  





Xəbər lenti